Sumqayıtda iki qadın və bir uşaq döyülüb

Sumqayıt şəhərində axşam saatlarında döyülmə hadisəsi baş verib
###reklam250###

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Köhnə Corat qəsəbəsində baş verib. Uşaq üstündə düşən mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Belə ki, 1975-ci il təvəllüdlü Cavadova Südabə Dilsuz qızı, 1977-ci il təvəllüdlü Əliyeva Məsumə Dilsuz qızı və onun oğlu 2013-cü il təvəllüdlü Əliyev Fərman Telman oğlu tanıdıqları şəxs tərəfindən döyülüb.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

pia.az