Tramp Netanyahunu təbrik etdi

ABŞ prezidenti Donald Tramp İsraildə parlament seçkilərində partiyası qalib gələn Benyamin Netanyahunu təbrik edib
###reklam250###

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp Netanyahunun qələbəsindən əmin olmadığını, lakin təbrik etməyi qərara aldığını bildirib:

“Bəlkə bir az tezdir, amma qalib gəldiyini eşitdim. Netanyahunu təbrik edirəm”.

Qeyd edək ki, yekun olmayan nəticələrə əsasən baş nazir Benyamin Netanyahunun rəhbəri olduğu “Likud” partiyası rəqib “Kahol-Lavan” blokunu üstələyib. “Likud” Knessetdə (parlament) 120 yerdən 65-ni qazanıb.

pia.az