AŞPA prezidenti Gürcüstana səfər edəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye aprelin 29-30-da Gürcüstana səfər edəcək
###reklam250###
Bu barədə AŞPA prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə Strasburqda keçirdiyi görüşdən sonra bildirib.
Tbilisiyə səfəri çərçivəsində L.M.Paskye Gürcüstanın Avropa Şurasına (AŞ) üzvlüyünün 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Görüşdə tərəflər Gürcüstan və AŞ arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək son illər Gürcüstanın demokratiya və islahatlar sahəsində əldə etdiyi nailiyyətləri vurğulayıblar.
pia.az