Tarkan şahzadə ilə qonşu olacaq - 7 milyon ödəyəcək

Albom satışları, reklamlardan və konsertlərdən qazandıklarını əmlaka xərcləyən Tarkan yenə ənənəsini pozub
###reklam250###

Axşam.az-ın xəbərinə görə, alman mediası bildirib ki, müğənninin İngiltərədə ev almaq planı var.

İstanbul və Almaniyada bir çox evi olan Megastar bunun üçün hətta ötən ay Londona gedib. Həyat yoldaşı Pınar Tevetoğlu və qızı Liya ilə uzun müddətdir Almaniyada yaşayan ifaçı şahzadə Herri ilə Meqan Marklın yaşadığı Kensinqton bölgəsindəki evlərə baxıb.

Ən bahalı evlərin yerləşdiyi bölgəni gəzən Tarkan 5 yataq otağı olan bir villanı bəyənib. Sözügedən evin qiyməti isə 7 milyon 250 min funt-sterlinqdir.

Qeyd edək ki, sözügedən bölgədə Devid Bekhemin də villası var.

pia.az