Gəncə-Daşkəsən yolunda avtomobil piyadanı vurdu

Gəncə-Daşkəsən yolunda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib
###reklam250###

PİA.az "Report"a istinadən xəbər verir ki, müxtəlif bədən xəsarətləri alan piyada Daşkəsən rayon sakini, 2000-ci il təvəllüdlü Nadirxan Şahlar oğlu Sarıyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.

Hadisənin dəqiq baş vermə səbəbləri və piyadanın kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

pia.az