Sorğuda ortaya çıxan rəqəmlər obyektiv gerçəyi əks etdirir – Azər Həsrət

Azərbaycanda son vaxtlar baş verən proseslər fonunda istənilən sorğu şirkəti burada ictimai rəyi öyrənsə bir daha əmin olacaq ki, bu gün ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev təsadüfən bu vəzifəyə seçilməyib
###reklam250###

Yaxud xalq təsadüfən ona etimad göstərməyib. Həqiqətən onun prezidentliyi dövründə həmişə xalqın etimadını qazanıb, bu da təsadüfi deyil. Ona görə ki, cənab prezident özü bütün siyasi fəaliyyəti dövründə Azərbaycan xalqı ilə birgə olub.

PİA.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev ən sadə vətəndaşın da yanına gedib, onun dərdinə şərik olub, problemlərini öyrənib şəxsən özü həll etməyə çalışıb:

##relatedPost2##“Təbii ki, həllinə nail olmadıqca da sakitləşməyib. Bu baxımdan Azərbaycan xalqı, hər bir vətəndaş, fərd cənab prezidentin fəaliyyətini çox yaxından izləyir və onu qiymətləndirir. Belə bir şəraitdə keçirilən sorğular təbii ki, ümumilikdə Azərbaycandakı ictimai-siyasi, sosial-iqtisadi durumu dəyərləndirmək baxımından əlbəttə, önəmlidir. Yəni, o mənada ki, Azərbaycan xalqının bu yanaşması əslində göz önündədir. Hər kəs bunu öz üzərində hiss edir.

Amma əlavə olaraq sorğu keçirib insanların rəyini öyrənmək də yerinə düşərdi. Bu baxımdan düşünürəm ki, sorğuda ortaya çıxan rəqəmlər heç də təsadüfi deyil. Yəni, obyektiv gerçəkliyi özündə əks etdirir”.

Azər Həsrət qeyd edib ki, sorğuda iştirak edənlər – yəni, ümumilikdə Azərbaycan xalqı bu cür rəy verməklə, bu cür fikir bildirməklə Prezident İlham Əliyevə, onun siyasətinə, komandasına, yürütdüyü xəttə etimadını təzələmiş olur:

“Bu da əlamətdar bir günə təsadüf edir. Bilirsiniz ki, aprelin 11-də Prezident İlham Əliyevin növbəti dəfə seçilməsinin bir ili tamam olur. Bu elə də uzun müddət deyil. Bu bir il ərzində görülən işlərin də təbii ki, bu sorğuya çox ciddi təsiri olub və bundan sonra da olmağa davam edəcək. Mənim qənaətim bundan ibarətdir ki, keçirilmiş sorğu Azərbaycandakı obyektiv ictimai-siyasi gerçəklikləri bir daha təsdiqləyir.

Azərbaycan xalqının böyük əksəriyyətinin qeyd-şərtsiz Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini sübut edir. Əlbəttə, bu da cənab prezidentə və onun siyasi kursuna xalqın etimadının yenilənməsi deməkdir”.

Qeyd edək ki, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib. Sorğuya respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edib.

Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

pia.az