Azərbaycanda partizan hərəkatı yarana bilər

"Biz belə bir məsələ qaldıracağıq ki, qanunvericilik təşəbbüsü üçün 40 min imza toplayaq, partizan hərəkatı haqqında Milli Məclisə qanun layihəsi verək"
###reklam250###

"Məqsədimiz odur ki, həmin qanun layihəsi parlamentdə müzakirə edildikdən sonra qəbul olunsun".

Bunu ADP sədri Sərdar Cəlaloğlu "Hürriyyət”ə müsahibəsində deyib. O, bildirib ki, iqtidar özü bilər nə danışıqlar aparırsa aparsın, lakin Azərbaycan xalqı olaraq Konstitusiya və beynəlxalq hüquqa əsasən öz torpaqlarımızı erməni işğalından azad edək:

"Çünki bizim başqa yolumuz qalmayıb. Azərbaycan xalqı bilməlidir ki, bu danışıqlarda Qarabağı addım-addım ermənilərə vermək siyasəti aparılır. Yəni ermənilər torpaqları alır və bizim tərəfi də verməyə məcbur edir.

pia.az