Maradona Meksika klubundan gedəcəyini açıqlayıb

Əfsanəvi Dieqo Maradona baş məşqçisi olduğu Meksikanın “Dorados” klubundan ayrılmağa qərar verib
###reklam250###

59 yaşlı argentinalı qərarını ölkə çempionatının “Venados”la oyunundan sonra açıqlayıb.

O 1:1 hesabı ilə heç-heçə başa çatan matçdan sonra bildirib ki, mövsüm başa çatan kimi postunu tərk edəcək. II divizionda Klausuranın müntəzəm çempionatında sonuncudan əvvəlki oyununu keçirən “Dorados” artıq pley-offda da yerini təmin edib.D.Maradona addımını üzləşdiyi təzyiqlə izah edib: “Təəssüf ki, belə qərar verməyə məcburam. Mənə görə hakimlər komandaya qarşı qərəzlidir. Onlar ona görə fit vermirlər ki, bu klubu Maradona çalışdırır”.

Qeyd edək ki, argentinalı əfsanə 2018-ci ilin sentyabrından “Dorados”dan ayrılıb. O, ötən ilin mayından Belarusda Brest “Dinamo”sunun prezidenti vəzifəsini tutsa da, iyuldan sonra bu ölkədə olmayıb.(ona.az)

pia.az