Barselonada 60-dan çox Gürcüstan vətəndaşı saxlanıldı

Gürcüstanın və İspaniyanın hüquq mühafizə orqanlarının əməkdaşları aprelin 4-də Barselonada “Merlin-taka” şərti adı ilə genişmiqyaslı xüsusi əməliyyat keçiriblər

Əməliyyatda Gürcüstan DİN-in 250 əməkdaşı iştirak edib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda bildirilir ki, əməliyyat nəticəsində müxtəlif ölkələrin 100-dən çox vətəndaşı saxlanılıb. Onlardan 66-sı Gürcüstan vətəndaşı olub.

Gürcülərin 41-i miqrasiya qaydalarını pozduğuna, 25-i isə oğurluq və müxtəlif cinayətkar qrupların tərkibində olduqları üçün saxlanılıb.

pia.az