100 qırmızı vərəqə ilə tarixə düşdü

İngiltərə Premyer Liqasının XXXIII turunda keçirilən "Vulverhempton" - "Mançester Yunayted" (2:1) görüşünün referisi Mayk Din tarixə düşüb

PİA.AZ goal.az-a istinadən xəbər verir ki, 50 yaşlı baş hakim ikinci hissədə qonaqların futbolçusu Eşli Yanqı meydandan qovub.

Bu, Dinin karyerası ərzində Premyer Liqada göstərdiyi 100-cü qırmızı vərəqə olub. Veteran hakim İngiltərə çempionatı tarixində 100 qırmızı vərəqə həddinə çatan ilk referi olub.

pia.az