"İnter" Devid Bekhemi məhkəməyə verir

Milanın "İnter" klubu yaradıcılarından biri İngiltərə millisinin keçmiş üzvü Devid Bekhem olan "İnter Mayami" klubunu məhkəməyə vermək niyyətindədir

Calciomercato.com saytı xəbər verir ki, italyanlar Florida ştatını təmsil edən klubun əmtəə nişanı mülkiyyət hüququnu pozduğunu iddia edirlər.

Buna cavab olaraq MLS-dən bildiriblər ki, futbolda "İnter" termini geniş yayıldığı üçün istehlakçılar onu bir klubun adı ilə bağlamırlar.

Qeyd edək ki, "İnter Mayami" gələn mövsümdən MLS-də çıxış edəcək.(milli.az)

pia.az