Timatidən ayrılıb milyarderin oğluna ərə gedir

Rusiyalı müğənni Timatinin keçmiş sevgilisi Mila Volçek ərə gedir

PİA.AZ axşam.az-a istinadən bildirir ki, o, milyarder Mark Qarberin oğlu Aleks Qarberlə ailə quracaq.

Oliqarx oğlu Milaya evlilik təklifi edib. Hadisə ötən həftə cütlük Romada olanda baş verib. Aleks sevgilisi üçün xüsusi evlilik təklifi sürprizi hazırlayıb.

Bir vaxtlar medianın gündəmindən düşməyən Mila Timatidən ayrılandan sonra gözlərdən uzaq yerdə yaşayıb. O, uzun fasilədən sonra barmağında oliqarx oğlunun üzüyü ilə geri qayıdıb.

pia.az