Azərbaycanda bibər sortu yetişdirilib

Azərbaycanda müasir seleksiya üsulu ilə ilk dəfə şirin bibər sortu yetişdirilib
###reklam250###

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 10 ilə yaxın aparılan tədqiqatların nəticəsi olaraq milli "Töhfə"adlı bibər sortu əldə edilib.

İnstitutun direktoru Elmar Allahverdiyevin sözlərinə görə, bu, şirin bibərin Azərbaycanda ilk və hazırda yeganə istixana sortudur. Keyfiyyəti ilə isə bir çox sortları qabaqlayır.

Elmar Allahveridyev bildirib ki, "Töhfə"nin toxumları müasir üsullarla artırılaraq fermerlərə veriləcək.

Hazırda istixana şəraitində yeni bibər sortlarının yaradılması məqsədilə də iş aparılır. (xezerxeber.az)

pia.az