Həbib sentyabr və dekabrda döyüşlər keçirəcək

Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurməhəmmədov bu ilin sentyabrında döyüş planını təsdiqləyib
###reklam250###

Bu haqda Modern.az TASS informasiya agentliyinə istinadən xəbər verir.

O, tələbələrlə görüşdə sentyabrın 7-də və dekabrın 28-də döyüşlər keçirəcəyini bildirib. Bundan əvvəl UFC prezidenti Dana Uayt da H.Nurməhəmmədovun növbəti döyüşünün sentyabra planlaşdırıldığını vurğulayıb.

İdmançı qeyd edib ki, müəyyən çətinliklər var və hələlik danışıqlar davam edir: “Mənə görə diskvalifikasiya edilən Zubayra (Tuxuqov) və Abubakarın (Nurmaqomedov) sentyabrda mübarizə apara bilməmələri mənim qayıtmağıma mane olur. Mən əvvəlcə onların qayıtmasını istəyirəm. Məni öz fikrimdən daşındırmaq üçün daha çox pul təklif edirlər”.

Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabrında irlandiyalı Konor Makreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. İrlandiyalı ilə qarşılaşmadan sonra rusiyalı döyüşçü dava hadisəsinə görə 9 ay müddətinə diskvalifikasiya olunaraq, 500 min dollar cərimə edilib.

Rusiyalı döyüşçü qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

pia.az