Qərblə Şərq arasında müharibə: Birinci Dünya Savaşı niyə bitmədi?

Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsi gizli xidmətlərin işi idi...

Selcuq Türkyılmaz

“Yenisafak” qəzeti, Türkiyə, 1 Aprel 2019-cu il

Dəyişikliyin Türkiyə ilə məhdudlaşmadığını, qlobal səviyyədə böyük bir sarsıntının yaşandığını qəbul etmək lazımdır. Köhnə dəftərlərin açılmasından da görünür ki, iki böyük müharibədən sonra XX əsrdə qaliblər və məğlublar tərəfindən qəbul edilən “dünya sistemi” etibarlı gələcək dizaynı təklif etmir. Belə ki, hər kəs öz başının çarəsinə baxmaq məcburiyyətində qaldı. Əgər biz yaşanılan vəziyyəti öz başımızın çarəsinə baxmaqla məhdudlaşdıra bilsəydik, dəyişikliyin sarsıntısı o qədər də güclü olmazdı. Ötən əsrin hakim qüvvələrinin öz tərəflərində olanlara zərər verməyə başlaması fonunda problemin bir struktur olduğu məlum oldu. Türkiyənin köhnə dəftərləri rəfdən endirməsinin səbəbi də bununla bağlıdır. Birinci Dünya Müharibəsinin bitməməsinə dair fikirlər də buradan qaynaqlanır.

Türk ziyalısı, məmuru və siyasətçisi bu dəyişikliyi görə bilmədi. Ancaq 90-cı illərin əvvəllərində dəyişikliyin əsas oxu özünü biruzə verirdi. Amerika İraqı və İslam aləminin mərkəzi coğrafiyasını ələ keçirmək üçün Səddamdan istifadə etdi. Bu, əsas təhlükənin Amerika, İngiltərə, Fransa, Almanya və İsraildən qaynaqlandığını göstərirdi.

Türk ziyalısı bu gün hələ də İslam dünyasının pərişan halından bəhs edir. Bu, bir vərdişdir və açıq demək lazımdırsa, heç bir mənası yoxdur. Üstəlik, yaşadığımız böyük struktur dəyişikliyinin bununla heç bir əlaqəsi yoxdur. Bu, sadəcə köhnə dəftərlər, köhnə hesablar və köhnə status-kvo mənasına gəlir.

Osmanlı İmperiyası son ana qədər qərblə mübarizə apardı. Bu mübarizənin daxildə tutarlı olduğunu deyə bilərik. Əskik, yanlış, xəta və və s. anlayışlar həmin dövrü anlamaq baxımından çox əhəmiyyətlidir. Çünki coğrafiyanın çözülməsi prosesini anlamağımıza imkan verir. Bu, həmçinin coğrafiyanın dinamikasını, müqavimət xətlərini yenidən qorumağa şərait yarada bilər. Balkanlarda, Ərəbistanın yarımadasında və Şimali Afrikada yaşanan fərqlər həmin günün şərtləridir. Hər bir bölgə seçimləri ilə öz kimliyini inşa etdi.

Deyə bilərik ki, bizim yaxın coğrafiyamızda baş verən fərqlər “Misak-i Milli” sənədinin sərhədlərində tətbiq olunub. Coğrafiyanın müqavimət xəttləri tam olaraq həll edilmədiyi kimi, daxildə də mütləq təslimiyyətdən bəhs edilə bilməzdi. Kimlik formalaşmasını təmin edən seçimlər tamamilə sərbəst bir çərçivədə həyata keçirildi. Kimsə kiminsə günahında pay sahibi deyil. Türkiyə yeni müqavimət xəttinin yaradılması zamanı bu reallığı nəzərdən keçirir, ona görə də “daxili və milli” konsepsiyaları ayırır. Lakin coğrafiyanın kontekstini nəzərə alsaq, bu konsepsiyaların yeni konsepsiyalara ehtiyac duyacağı da aydındır.

Seçim prosesində “Türkiyənin davamlılıq problemi” şəklində qarşımıza çıxan məsələnin üstünlük və kimliyə bağlı bir əlaqəsi var. Bəzi dövlətlər və cəmiyyətlər (millətlər) böyük gücə söykənərək mahiyyət qazandılar və bu strukturda öz kimliklərini qurdular. Çanaqqala, Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü), Qafqaz İslam Ordusu kimi həzin xatirələrin şəxsiyyət inşa etmək baxımından daşıdığı dəyər isə heç nə ilə müqayisə edilə bilməz. Bu böyük xatirələr eyni zamanda coğrafiyanın müqavimət xəttlərini də göstərir.

Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsi gizli xidmətlərin işi idi. Bu nəzəriyyəni həqiqi bir fikir olaraq görmədim. Amerika, İngiltərə, Fransa, Almaniya və İsrailin İslam aləminə edilən hücumları bu çətir altında gizlənmişdi. Hantinqton nəzəriyyəsini izah edərkən sivilizasiyalar arasındakı fay xətlərindən bəhs edirdi. Bu anlayışın düzgün tərif edilmədiyi və ən əsas niyyət bəyanatı ilə üz-üzə olduğumuzu aydın göstərirdi. Hantinqton “zəlzələ xəttləri” anlayışını izah edərkən Qərbə qarşı göstərilən mübarizələri başa düşsəydi, çox fərqli nəticələr əldə edə bilərdi.

Yaxın coğrafiyamız da daxil olmaqla, dünyanın müxtəlif bölgələrində Qərblə olan münasibətlər tək səviyyədə olmadı. Qərblə Şərq arasındakı gərginliyin sivilizasiyaların, mədəniyyətlərin və ya dinlərin müharibəsi kimi müəyyənləşdirilməsi doğru deyil. Bu proses Qərbə qarşı mübarizə kimi müəyyən edilməlidir. Bu kontekstdə yaxın və uzaq coğrafiyada baş verən hadisələri nəzərdən keçirə bilərik. Aydındır ki, bu baxış yeni bir perspektiv təqdim edəcək.

Uzağa getməyə ehtiyac yoxdur. Türkiyəyə ən böyük müdaxiləni din çətiri altında təşkilatlanmış bir terror aparatı ilə etdilər. Əgər əsas məsələ sivilizasiyaların, mədəniyyətlərin və dinlərin müharibəsi olsaydı, belə bir hadisə baş verməyəcəkdi. Seçki prosesində meydana çıxan "Türkiyənin davamlılıq problemi" konseptuallaşmasına da bu kontekstdə baxmaq lazımdır.

Türkiyə seçimini etdi. Türk ziyalıları və siyasətçiləri, akademikinin yeni dövrü müxtəlif istiqamətlərdə ələ almasına maneə törətmək üçün bir bəhanə yoxdur.

Tərcümə: Pia.az-ındır

Orjinal

Gülşən ŞƏRİFpia.az