Türkiyədə bələdiyyə seçkiləri: Cəmiyyətdəki qütbləşmə azaldı, yoxsa böyüdü?

Politoloq: “Bu seçkidə də Cümhur İttifaqının qalib gəlməsi pusquda duran bir çox xarici qüvvələri xəyal qırıqlığına uğratdı”
###reklam250###

“Milliyyətçi Hərəkat kimi bir partiyanın Cümhur İttifaqında AK partiya ilə birgə seçki bloku olaraq seçkiyə getməsi təbii ki, sıradan bir hadisə deyil. Düşünürəm ki, bu seçki qələbəsinin çox önəmli şərtlərindən biridir”.

Bu sözləri politoloq Natiq Miri dünən Türkiyədə keçirilən bələdiyyə seçkilərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Türkiyədə növbəti bələdiyyə seçkilərində səsvermə keçirilib. Artıq qutuların 100%-i açlılb və qaliblər məlum olub. Anadolu agentliyinin yayımladığı ilkin nəticələrə əsasən, seçicilərin 83.48 faizi səsverməyə qatılıb.

Bütün Türkiyə üzrə hakim AKP səslərin 44, 32%-ni toplayaraq Türkiyədə birinci partiya olaraq qalmaqda davam edib. Qeyd edək ki, bu AKP-nin yaranışından bəri 15-ci seçki qələbəsidir və AKP heç bir zaman seçkilərdən məğlub ayrılmayıb.

Türkiyəni ikinci partiyası 30.10% səslə CHP olub. Üçüncü yerdə isə 7.45% səslə Meral Akşenərin rəhbərlik etdiyi İYİ Partiya gəlir.

Buna baxmayaraq AKP demək olar ki, bütün iri şəhərlərdə məğlub olub və İstanbul, Ankara və izmir kimi böyük və strateji sənaye şəhərləri ana müxalifət partiyası CHP-nin nəzarətinə keçib. Paytaxt Ankarada “Millət ittifaqı”nın (CHP+İP) namizədi Mansur Yavaşın təxminən 3 faiz fərqlə AKP-nin namizədi Mehmet Özhasekiyə qalib gəldiyi tam dəqiqləşib. İstanbulda isə daha əvvəl öz qalibiyətini elan edən Binəli Yıldırım da bu gün Ekrəm İmamoğluna məğlub olduğunu artıq etiraf edib. YSK-nin sədri Sadi Güvən bildirib ki, Əkrəm İmamoğlu seçicilərin 4 milyon 159 min 650 səs qazanıb, onun əsas rəqibi Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs toplayıb.

Ölkənin digər böyük şəhəri olan İzmirdə isə CHP-nin namizədi Mustafa Tunç Soyer böyük 20 faizə yaxın fərqlə AK partinin namizədi Nihat Zeybəkçini qabaqlaya bilib.

Türkiyə seçkilərini necə analiz etmək olar? Bu seçki Türkiyə cəmiyyətindəki qütbləşməni azaltdı, yoxsa böyütdü? Bundan sonra 4 il yarım Türkiyədə seçki olmayacaq və Türkiyə cəmiyyəti iki əks qütbə bölünüb, o halda Türkiyədə sabitliyi qorumaq mümkün görünürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Xristian dünyasi, başda ABŞ olmaqla Avropa Birliyi məkanı çox həssaslıqla AK partiyasının və MHP-nin birliyi olan Cümhur İttifaqının bu seçkidə məğlubiyyətini gözləyirdilər”.

Türkiyədə ciddi mənada hər hansı bir qarşıdurma olmayacağın proqnoz edən politoloq bildirib ki, bundan sonra da Türkiyədə ciddi mənada siyasi, iqtisadi, hətta hərbi yöndə bir çox islahatların aparılmasına imkanı yarandı:

“AKP-nin 15-ci seçkidə birinci partiya olaraq qalib çıxmasını biz növbəti dəfə gördük. Hər dəfə də “Türkiyə qütbləşdi”, deyə müəyyən açıqlamalar verilsə də, əksinə AKP iqtidarının hər dəfə seçkilərdən güclənərək çıxdığını müşahidə edirik. O da nəzərə alınmalıdır ki, Milliyyətçi Hərəkat kimi bir partiyanın Cümhur İttifaqında AKP ilə birgə seçki bloku olaraq seçkiyə getməsi təbii ki, sıradan bir hadisə deyil. Düşünürəm ki, bu seçki qələbəsinin çox önəmli şərtlərindən biridir. Bu bilavasitə seçkidə xalq tərəfindən Cümhur İttifaq seçki blokunun dəstəklənməsini ortaya qoydu.

Onu da qeyd edim ki, seçki prosesində terror küləyi əsdirilirdi. Seçicilər PKK-a terrorçuları tərəfindən seçki öncəsində hədələnir və mütləq mənada HDP-nin də iştrak etdiyi Millət İttifaqı seçki blokuna səs verilməsi tələb olunurdu. Amma nəticələrə baxanda görürük ki, HDP adı altında seçkiyə girən PKK-a terror təşkilatının siyasi qolu olan HDP partiyası demək olar ki, bundan öncəki prezident və parlament seçkilərində aldığı səslərin 70 faizə qədərini itirmişdi. Bu faktın özü də göstərir ki, getdikce HDP-yə, yəni PKK-a səs verən türklər də tədricən islahatdan yana olan siyasi qüvvələrə səs verməyə meyilli olublar.

Natiq Miri: “HDP-yə, yəni PKK-a səs verən türklər də tədricən islahatdan yana olan siyasi qüvvələrə səs verməyə meyilli olublar”.

Bu fakt da bir daha göstərir ki, Türkiyədə ciddi mənada hər hansı bir qarşıdurma olmayacaq. Əksinə düşünürəm ki, bundan sonra da Türkiyədə ciddi mənada siyasi, iqtisadi, hətta hərbi yöndə bir çox islahatların aparılmasına imkanı yarandı. Bundan sonra çox rahatlıqla Rəcəb Tayyib Ərdoğanın prezidentliyi altında Türkiyəni gücləndirməyə davam edəcəklər.

Həmçinin bu seçki Türkiyənin dünya çapında mövqelərini bir daha gücləndirdi. Çünki demək olarki, xristian dünyasi, başda ABŞ olmaqla Avropa Birliyi məkanı çox həssaslıqla AKP-nin və MHP-nin birliyi olan “Cümhur İttifaqını”n bu seçkidə məğlubiyyətini gözləyirdilər ki, bundan sonra bu siyasi qüvvələri hakimiyyətdən düşürə bilsinlər.

Bu seçkidə də “Cümhur İttifaqını”nın qalib gəlməsi pusquda duran bir çox xarici qüvvələri xəyal qırıqlığına uğratdı. Bu baxımdan düşünürəm ki, seçkidən qütbləşmiş və zəifləyərək deyil Tükiyədə daha da güclənən AKP hakimiyyətinin seçkidən qalibi olaraq çıxdığnı demək olar. Bu da siyasi hakimiyyətin həm Türkiyədə, həm regionda, həm də qlobal səviyyədə bundan sonra da daha da güclənməsinə gətirib çıxaracaq”.

Nərminə UMUDLUpia.az