Ərdoğan Ankaranı itirdi, İstanbul isə... - Son nəticələr

Bu gün Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələri açıqlanır
###reklam250###

İlkin nəticələrə görə, ümumi Türkiyə üzrə partiyalara görə nəticə aşağıdakı kimidir: AKP – 45,08%, CHP – 30,26;%, İyi parti – 7,37%, MHP – 6,72%, HDP 3,97%.

İstanbulda “Cümhur ittifaqı”nın (AKP+MHP) namizədi Binali Yıldırım səslərin 98.8 faizinin açıqlamasından sonra cüzi fərqlə, cəmi 4400 səs üstünlüyü (48, 71%) ilə irəlidədir. Onun rəqibi Ekrem İmamoğlu səslərin 48,65 faizinin səsini alıb. Lakin maraqlıdır ki, gecə saatlarından etibarən səslərin açıqlanması dayandırılıb. İstanbulda nə baş verdiyi, kimin qalib gəldiyi hələ də məlum deyil. Baxmayaraq ki, AKP-nin namizədi səslərin tam sayılmasını gözləmədən özünü qalib elan edib. Rəqibi Ekrem İmamoğlu isə Bakı vaxtilə saat 8.20 radələrində əldə edilən protokollara görə təxminən 21 min səs fərqi ilə qalib gəldiyini elan edib.

Paytaxt Ankarada isə “Millət ittifaqı”nın (CHP+İP) namizədi Mansur Yavaşın təxminən 3 faiz fərqlə AKP-nin namizədi Mehmet Özhasekiyə qalib gəldiyi tam dəqiqləşib.

Ümumilikdə Türkiyə üzrə səslərin 94 faizi sayılıb. 81 böyük şəhər bələdiyyəsindən 52-sini “Cümhur ittifaqı” (AKP 40, MHP 12), 20-sini “Millət ittifaqı” ( CHP 20, İyi Partiya 0), 7-sini HDP, 1-ni TKP (Türkiyə Kommunist Partiyası), 1-ni isə müstəqil namizəd qazanıb.(azpolitika.info)

pia.az