Türkiyədə bələdiyyə seçkiləri: Nəticələr açıqlanır - Canlı

Bu gün Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatıb və ölkə üzrə nəticələr hesablanır
###reklam250###

Türkiyədə bələdiyyə seçkiləri: nəticələr açıqlanırÖlkə üzrə seçki qutularının təxminən 37%-i açılıb.

İlkin nəticələrə görə, ümumi Türkiyə üzrə partiyalara görə nəticə aşağıdakı kimidir: AKP – 47%, CHP – 32%, İyi parti – 6%, MHP – 5%.

İstanbulda “Cümhur ittifaqı”nın (AKP+MHP) namizədi Binali Yıldırım hələlik 50,8% səslə liderdir.

Ankarada da “Millət ittifaqı”nın (CHP+İyi parti) namizədi Mansur Yavaş hələlik 48,6% səslə liderdir.

***

Ölkə üzrə seçki qutularının təxminən 30%-i açılıb.

İlkin nəticələrə görə, ümumi Türkiyə üzrə partiyalara görə nəticə aşağıdakı kimidir: AKP – 48%, CHP – 31%, İyi parti – 6%, MHP – 5%.

İstanbulda “Cümhur ittifaqı”nın (AKP+MHP) namizədi Binali Yıldırım hələlik 51,2% səslə liderdir.

Ankarada da “Cümhur ittifaqı”nın (AKP+MHP) namizədi Mehmet Özhaseki hələlik 49,5% səslə liderdir.

***

Türkiyə mətbuatı xəbər verir ki, ölkə üzrə seçki qutularının təxminən 18%-i açılıb.

İlkin nəticələrə görə, ümumi Türkiyə üzrə partiyalara görə nəticə aşağıdakı kimidir: AKP – 48%, CHP – 25%, İyi parti – 7%, MHP – 6%.

İstanbulda “Cümhur ittifaqı”nın (AKP+MHP) namizədi Binali Yıldırım hələlik 52,5% səslə liderdir.

Ankarada da “Cümhur ittifaqı”nın (AKP+MHP) namizədi Mehmet Özhaseki hələlik 52,6% səslə liderdir.(Virtualaz.org)

pia.az