NATO Rusiyaya qarşı bu silahlardan istifadə edəcək

NATO ilə Rusiya arasında baş verəcək hipotetik münaqişə zamanı alyans ən müasir silahlarından istifadə edəcək
###reklam250###

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Biznes insayder” nəşrində məqalə dərc olunub.

Məqalədə NATO-nun ən güclü silahlarından biri kimi texniki xüsusiyyətlərinə görə digərlərindən seçilən "F-35 Lightning II" təyyarəsi göstərilib. Həmçinin Rusiyanın Su-35 qırıcılarının son modellərinə uyğun sayılan “Eurofighter” təyyarələri də NATO-nun ən əhəmiyyətli silahlarından biri olaraq qeyd olunub.

Məqalədə Almaniya istehsalı “Leopard 2” tanklarının və ABŞ-ın “P-8A Poseydon” silahının döyüş meydanındakı göstəriciləri və imkanları da şərh edilib.

pia.az