Yuli Qusman xəstəxanada olması barədə xəbərləri təkzib edib

Kinorejissor Yuli Qusman xəstəxanada olması barədə xəbərləri təkzib edib
###reklam250###

Tanınmış kinorejissor onun ürəyində əməliyyat aparıldığı barədə yayılan informasiyanı da feyk xəbər adlandırıb. Bundan əvvəl Rusiyanın bir sıra KİV-i Yuli Qusmanın guya ürək əməliyyatı keçirməsi xəbərini yayıblar.

Y.Qusman TASS agentliyinə müsahibəsində deyib: “Mənə çoxlu zənglər olub, dostlarımı sakitləşdirmək, düşmənlərimi isə kədərləndirmək istəyirəm. Bu, indilərdə deyildiyi kimi, feyk xəbərdir”. O qeyd edib ki, bütün komandası ilə birlikdə 32-ci Rusiya milli kinematoqrafiya mükafatı “Nika”nın təqdimatı mərasiminin təşkili üzərində işləyir. “Hazırda biz məşq edirik, mən qonaqların, mətbuat nümayəndələrinin və dostların zənglərini cavablandırıram”, -deyə Y.Qusman əlavə edib.

Y.Qusmanın 1987-ci ildə əsasını qoyduğu “Nika” kino mükafatının təqdimat mərasimi martın 30-da “Russkaya pesnya” teatrında keçiriləcək. (AZƏRTAC)

pia.az