Seyfdəki dosya: Tramp türk gəmisində az yaşlı qzılarla tutulub?..

Mülleri qorxudublar? Yoxsa heç kimin bilmədiyi başqa şeylər baş verirdi?! Deyəsən, səhnə arxasına baxmaq lazımdır...

Ergün Diler“Takvim” qəzeti, Türkiyə, 28 mart 2019-cu il

ABŞ Konstitusiya məhkəməsinin üzvü Bret Kavana ilə davam edəcəyik. Amma əvvəlcə daxildən başlayaq.

Dünya, əslində, balaca bir kənd kimidir. Baxa bilsəniz, bütün oyunçuları görə bilərsiniz.

Feliks Sater çox önəmli biridir. Dəfələrlə yazdım. Trampla da, Kuşnerlə də yaxşı dost və ortaqdır. Həmçinin, Putinlə də...

Feliksin ortağı və dostu olan Tofiq Arif də önəmli biridir. Ariflə bağlı Savarona məsələsini daha əvvəl də qeyd etmişdim. Yenə də xatırladaq... 2010-cu il... Hər şeyin, yəni davanın Türkiyədə və dünyada başladığı tarix... Türkiyədə başladığı yer isə Atatürkün də istifadə etdiyi Savarona gəmisidir.

Antalya şəhər jandrama komandanlığı bir şəbəkəni izləyirdi. Buna insan alveri də daxildir... Bu izləmənin sonunda Göcəkdə lövbər atan Savaronaya basqın edildi. Gəmidə 18 yaşından aşağı olan qızlarla əylənən 8-10 məşhur şəxs vardı. Hər biri də önəmli iş adamı idi. Gündəlik 50 min dollara kirayə verilən gəmidə Tofiq Arif də vardı...

Bəs başqa kimlər vardı? Öyrənə bilmədik. Amma dünya kiçikdir. Bəzən Göcəkdəki dalğa Vaşinqtona qədər gedə bilirdi. Gəmidəki şəxslərdən biri o zamanlar təbii ki, indiki qədər məşhur deyildi. Böyük ehtimalla, ortağı Tofiq Arifin dəvəti ilə orada idi. O şəxs daha sonra ABŞ Prezidenti olacaqdı! Yəni Tramp idi!

Əslində, bu münasibət toru çox aydın idi. Toqquşan 2 qüvvənin rentgeni çəkildikdə ortaya çıxan görüntü çox aydın idi! Tramp həmin gün də və ondan sonra da hədəf oldu.

Dünən də yazdığımız kimi dava bir nöqtəyə yüksəldi və ağıllı adamlar səhnəyə gəldi. Əllər hələlik birləşib...

O basqından sonra Türkiyədə nələrin baş verdiyinə yaxşı baxın...

17-25 dekabr əməliyyatları, Gəzi parkı etirazları, Oslonun sızdırılması və 15 iyul hadisələri ilk yada düşənlərdir... Həmin gündən bəri Tramp heç vaxt Türkiyə əleyhinə olmadı.

Bu qeyddən sonra keçək Amerikaya. Oradan da eyni xətt üzərindən davam edək...

Prezident Trampın israrla istədiyi və dəstəklədiyi şəxs Konstitusiya məhkəməsinə sədr gedəcəkdi. Bu şəxs, dünən də yazdığımız kimi, Trampın belə taleyini həll edəcək qədər dərin şəxs olan Bret Kavanadır... O, katolikdir, amma yəhudilərlə balans yaratmağı yaxşı bacarır və ABŞ-ın güclü bir şəkildə yola davam etməsi üçün güc oyunlarını uğurla yerinə yetirə bilirdi.

“Dərin” masada ABŞ-ın adından danışa biləcək bir şəxs idi...

Bret Kavana hadisədən əvvəl Senatda tez-tez Robert Müllerlə bağlı problemlərlə üzləşib. Bret Kavana Müllerin Rusiya istintaqına əngəl olacağı ilə bağlı suallarla belə məşğul olub! Lakin Kavana o sualların hamısına diplomatik cavablar verib. Ancaq keçən cümə günü bu sualın da cavabı alınıb.

Robert Müller 2 il ərzində Trampın Rusiya ilə əlaqəsini araşdırdığı sənədi Ədliyyə Nazirliyinə təqdim edib. Həmin gündən sonra Ədliyyə Naziri Uilyam Bar “Trampla Rusiya arasında bir əlaqə yoxdur. Bu, təqdim olunan sənəddə də dəqiqləşib”, dedi. Şənbə günü Amerikanın öndə gedən yazıçıları Uilyam Barı tənqid etdilər. Onlar düşünürlər ki, Müllerin hazırladığı sənəddə Trampın Rusiya ilə olan əlaqələri dəlillərlə sübut olunub. Lakin Müller sənədin tam əksinə uyğun açıqlama verən Barın fikirlərini inkar etməyib. Heç nədən çəkinməyən Mülleri qorxudan nə idi? Trampa yaxın olan şəxslər həbsdə ikən nələr baş verirdi? Mülleri qorxudublar? Yoxsa heç kimin bilmədiyi başqa şeylər baş verirdi?! Deyəsən, səhnə arxasına baxmaq lazımdır...

Müllerin nə etdiyini heç kim bilmirdi... Bilənlər vardısa da, bölüşmürdülər! Müllerin çıxışını gözləyənlər xəyal qururdu. Çünki Müller sənədi təqdim etdikdən dərhal sonra Bret Kavana ilə gizli bir görüş həyata keçirib. Yəni Müller səssiz bir gözləmə müddətinə keçmişdi!

Bret Kavana Trampla bağlı sənədin ölkə içində problem yaradacağını deyib. Müller də razılaşmaq məcburiyyətində idi və belə də olub. Çünki qarşısındakı qüvvə Bret Kavana idi.

Ölkədə ona qarşı cinsi zorakılıq iddiaları önə sürən jurnalistlərin hamısı üçün istintaq açılmışdı. Hətta, mətbuatla əlaqələri kəsilmişdi. Müller də bir ittihamla üz-üzə qala bilərdi.

Bret Kavananın Mülleri razılığa gətirərkən əziyyət çəkib çəkmədiyi bilinmir, ancaq nəticə Trampın lehinə olub. Burası dəqiqdir!

Trampın əvvəlki müşavirlərindən olan Stiv Bennon deyib: “Trampa tövsiyəm odur ki, Mülleri kiçik hesab etməsin. Nəticə onun lehinədir və Müllerə qarşı hücuma keçməməsini tövsiyə edirəm”.

Bennon, əslində, Trampa da, Bret Kavanaya da xəbərdarlıq edib. Çünki Robert Müllerin nəzarət etdiyi hüquq şirkəti olan “Kasowitz Benson & Torres”də Trampla bağlı çox önəmli sənədlər var.

Müller bir gün lazım olacağını düşünərək Trampla bağlı çox vacib sənədləri özəl seyfinə qoyub. Bəs seyf haradadır? Təbii ki, bilmirik... Müller hələlik səssiz qalarkən özünə qarşı əməliyyatlar hazırlanacağı ehtimalını da əngəlləmək istəyir. Çünki bu gün ABŞ-da kimin kimlə müttəfiq olduğunu başa düşmək olmur.

Bret Kavana çox güclüdür. Lakin Robert Müllerin də gücünü görməzdən gəlməməliyik. "“Kasowitz Benson & Torres”də ABŞ-ı yıxa biləcək qədər böyük sənədlər var. Bunu bilməli olanlar bilir! Tramp da bilir!

Kürəkəni Kuşnerə Rusiya istintaqında Müllerdən daha önəmli olan “Kasowitz Benson & Torres”lə bağlı xəbərdarlıq edilib. Çünki bu güclü hüquq şirkətində də Kuşnerlə bağlı çox özəl sənədlər var. Kuşnerin tutulması üçün gərəkli olan bu sənədlərin orijinallarının şirkətdə olması Ağ Evi həmişə narahat edəcək. Bundan sonra ediləcək ən ağıllı iş Müllerin yol xəritəsinə baxmaqdır!

Bret Kavana bütün gücü ilə Mülleri “ABŞ zərər görməsin” deyərək razı salsa da, “Tramp bir sonrakı seçkidə yoxdur”, deyərək söz versə də, işin təzyiqi çox yüksəkdir. Müller çox qəzəblidir... ABŞ-ın zərər görməməsi üçün susur. Lakin işlər qarışsa, Tramp da, Kuşner də, İvanka da sənədlərə görə zərər çəkəcək. Böyük ehtimalla, Müller də...

Bilmək olmaz, ancaq “Müllerdəki sənədlər Tramp və ailəsini bitirə bilər!” deyən də var. Kimdir bu? Sadə bir adam deyil! Cef Bezos... Müllerin yaxın dostu!

Bəs Bezos bunu kimə deyir? Bu da bilinmir...

Qayıdaq 2010-a... Göcəkdəki məsələ Vaşinqton küçələrindədir...

Dünya necə kiçikdir, elə deyilmi? İstəsək də, istəməsək də, yollar bir şəkildə Türkiyəyə çıxır... Görək nələr olacaq! Dərin Vaşinqton Londonla razılaşaraq davam edəcəkmi? Birlikdə addım atmaları asan olacaqmı? Yoxsa sənədlər açılacaq və müharibə qopacaq? Bilinmir...

Bret Kavana və Feliks Sater bu balansı yaradacaq şəxslərdir... Arxalarındakı qüvvələr isə çox böyükdür!

Ümid edirik ki, sülh və sakitlik hər yerə gələr... Gəlməsə, hər kəs üçün sunami olacaq!

Qeyd: Göcəkdəki basqını türk jandarmı etmişdi... Bu da unudulmasın!

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVApia.az