Zakir Qaralov Bakıda ticarət mərkəzindəki yanğından danışdı

Yaradılmış istintaq-əməliyyat qrupu "Diglas" ticarət mərkəzində baş verən yanğınla bağlı araşdırmalar aparacaq
###reklam250###

Bunu Baş prokuror Zakir Qaralov bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda deyib.

Z.Qaralovun sözlərinə görə, müvafiq strukturların birgə səyləri nəticəsində yanğının başlanmasından dərhal sonra vəziyyət nəzarət altına alınıb və insanlar həmin ərazidən təxliyə olunub.

Baş prokuror həmçinin qeyd edib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət işi başlanıb, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və ticarət ekspertizası təyin olunub.

Z.Qaralov onu da bildirib ki, istintaq-əməliyyat qrupu bütün ekspertizaları mümkün qədər qısa müddətdə aparacaq. Onun sözlərinə görə, sahibkarların ilkin ifadələrinin alınması üçün sorğular da aparılır.

pia.az