ABŞ Özbəkistan pambığının alışına qoyulan qadağanı aradan qaldırıb

ABŞ-ın Əmək Departamenti Özbəkistanda istehsal olunan pambığının alışına 2010-cu ildə qoyulan qadağanı aradan qaldırmaq barədə yekun qərar qəbul edib
###reklam250###

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq qadağa həmin məhsulların məcburi uşaq əməyindən istifadə edilməklə hazırlanması səbəbindən qoyulmuşdu. Bundan sonra Birləşmiş Ştatların istənilən dövlət müəssisəsi pambığı uşaq əməyindən istifadə edilmədən hazırlanması barədə sertifikat tələb etmədən ala biləcək.

Respublikanın xarici siyasət idarəsinin məlumatına əsasən, bu qərar ABŞ bazarına tam daxil olmaq üçün Özbəkistanın pambıq istehsalçılarına perspektiv yaradacaq.(azərtac)

pia.az