Qrizmanndan transfer açıqlaması

"Atletiko"nun futbolçusu Antuan Qrizmann onun haqqındakı transfer xəbərləri ilə bağlı açıqlama verib
###reklam250###

Fransalı hücumçu "Baeselona"ya keçməsi ilə bağlı bütün söz-söhbətlərə son nöqtəni qoyub: "Heç bir komanda ilə razılaşmamışam. Komandamın mənə ehtiyacı var. Tək düşüncəm mövsümü yaxşı bir şəkildə sonlandırmaqdır".

Madrid klubu ilə 2023-cü ilə kimi müqaviləsi olan Qrizmann cari mövsümdə 28 oyunda 12 qol vurub, 6 asist edib.

pia.az