Türkiyə Şimali İraqda əməliyyat keçirdi

Türkiyə Silahlı Qüvvələri (TSQ)və Milli İstehbarat Təşkilatı (MİT) Şimali İraqda hava əməliyyatı keçirib

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə TSQ-nın Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı PKK-nın lider heyətindəki terrorçular məhv edilib. MİT və TSQ-nın birgə əməliyyatı zamanı PKK lideri Cəmil Bayıkın köməkçisi Rza Altun, PKK-nın xarici əlaqələr üzrə cavabdehi “Navdar” kod adlı Mikayıl Özdəmir, PKK sözçüsü “Sərhat Varto” kod alı Əmrullah Dursun, Qəndil bölgəsi üzrə cavabdeh “Sinan Sor” kod adlı Əli Ağdaş da zərərsizləşdirilib.

pia.az