Gülşen prokurorluğa verildi

Yaxın dostu, dizayner Fatma Erdem türkiyəli müğənni Gülşeni prokurorluğa şikayət edib
###reklam250###

Bu barədə türk mediası məlumat yayıb.

Fatmanın iddiasına görə, Gülşen ondan dəyəri 50 min lirə olan üç çanta alıb və bir ay içərisində qaytaracağını söyləyib.

Lakin müğənni vədinə əməl etməyib.

Bundan sonra Erdem Gülşenin meneceri ilə əlaqə saxlayaraq, çantaları istəyib. Lakin bu dəfə də istəyinə nail ola bilməyib.

O, ifaçını prokurorluğa verərək, “Gülşən məni aldadıb, cəzalandırılmasını istəyirəm” deyə, ərizə yazıb.

Prokurorluq Gülşen haqda “Fırıldaqçılıq” maddəsi ilə istintaq başladıb.(axşam.az)

pia.az