Əminin məhbus qardaşoğluna telefon ötürmək cəhdi alınmadı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb
###reklam250###

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Samir Cabir oğlu Vəliyevlə qısamüddətli görüşə gəlmiş əmisi Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı əynindəki gödəkçənin cibindən bir ədəd “Samsung” markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

pia.az