Göyçayda 24 yaşlı oğlan komaya düşərək ölüb

Göyçayda gənc oğlan epilepsiya xəstəliyindən ölüb
###reklam250###

PİA.az ONA-nın yerli bürosuna istinadən məlumat verir ki, rayonun Müskürlü kənd sakini, 1995-ci il təvəllüdlü Rəsulov Taleh İldırım oğlunun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.

Taleh Rəsulov qıcolma vəziyyətində rayon təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

pia.az