Aydın Xırdalanlı torpağa tapşırılıb

Ötən gün dünyasını dəyişən tanınmış meyxana ustadı Aydın Xırdalanlının cənazəsi Xırdalan Cümə Məscidinə gətirilib
###reklam250###

“Qafqazinfo”nun dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məscidə ifaçının qohumları, dostları, onu sevənlər gəliblər.

Mərhum meyxanaçının ailə üzvləri isə evdə çəkiliş aparılmasına icazə verməyiblər.

***

A. Xırdalanlının nəşi məsciddən yaşadığı mənzilə gətirilib. Mərhumu bir neçə dəqiqə sonra dəfn üçün Xırdalan qəbiristanlığına aparacaqlar.

***

Məşhur meyxanaçı Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

pia.az