Bu gün vərəmlə Ümumdünya mübarizə günüdür

Martın 24-də bütün dünya ölkələrində vərəmlə ümumdünya mübarizə günü qeyd edilir
###reklam250###

Bu gün Dünya Səhiyyə Təşkilatı və Vərəmlə Dünya Mübarizə Birliyinin təşəbbüsü ilə qeyd olunur.

Hər il “Vərəmlə mübarizə davam edir. İrəliləyişin sürətlənməsi üçün yeni yanaşmadan istifadə edin” devizi altında qeyd olunub.

Bu qorxunc xəstəlik çoxlu sayda insan həyatına son qoyub və qoymaqda davam edir. İl ərzində vərəmdən 2 milyona yaxın insan ölür, 8 milyondan çox insan isə bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik bütün qitələrdə və en dairələrində yayılıb. Ən pisi budur ki, xəstəlik yoxsulluq və aclığın daha çox qeydə alındığı Afrika, Cənub-Şərqi Asiya, Latın Amerikası və Çində yayılıb.

Vərəm infeksion xəstəlikdir və eyni adlı bakteriyaların orqanizmə daxil olması ilə əlaqədardır. Alman alimi Robert Kox bu gün Kox “çöpü” adlanan vərəm yaradıcısını təsvir edib və 1882-ci il martın 24-də özünün kəşfi ilə əlaqədar məruzə edib.

Bu tarixdə dünyada minlərlə insan planetn sakinlərini vərəm probleminə cəlb etmək istəyir.(Cebhe.info)

pia.az