Evlərə qənim kəsilən 4 oğru tutuldu

Ağcabədi rayonunda 3 evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb
###reklam250###

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-18-də rayon ərazisindəki 3 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuş Z.İbrahimov saxlanılıb.

RPŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri ilə martın 18-də rayon ərazisindəki kafelərdən birindən spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Hüseynov və Ə.İsmayılov saxlanılıblar.Ə.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri R.Əsədov və R.Hüseynovla birgə bu il yanvarın 24-də rayon ərazisindəki evlərdən birindən televizor oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə R.Əsədov və R.Hüseynov da saxlanılıblar.

pia.az