"Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq

Martın 23-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin birinci turuna yekun vurulacaq
###reklam250###

Virtualaz.org bildirir ki, "J" qrupunun favoriti İtaliya millisi Finlandiya yığmasını qəbul edəcək. Digər oyunlarda Bosniya və Herseqovina Ermənistanla, Lixtenşteyn Yunanıstanla qarşılaşacaq.

"F" qrupunda mübarizə aparan İspaniya isə doğma meydanda Norveçlə üz-üzə gələcək. Qrupda həmçinin Malta - Farer adaları və İsveç - Rumıniya görüşləri keçiriləcək.

Xatırladaq ki, "AVRO-2020"nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-ü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

pia.az