Həbibin növbəti döyüşünün vaxtı məlum oldu

UFD çempionu Həbib Nurməhəmmədovun növbəti dəfə rinqə çıxacağı tarix açıqlanıb
###reklam250###

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, 30 yaşlı döyüşçsü sentyabrın 7-də növbəti döyüşünə çıxacaq.

Lakin, hələlik onun rəqibinin kim olacağı elan edilməyib.

Xatırladaq ki, Həbib irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra rinqdə baş verən hadisələrə görə 9 ay müddətinə yarışlardan diskvalifikasiya olunmuşdu.

Həmçinin Nevada ştatının Atletika Komissiyasının qərarına əsasən ona 500 min dollar cərimə təyin edilmişdi.

pia.az