Rusiya yeni raketlərini Suriyaya sınağa göndərdi

Rusiya “Məhsul 305” adlanan yeni idarə olunan aviasiya raketini Suriyada döyüş şəraitində sınaqdan çıxarır
###reklam250###

Bu barədə TASS agentliyi məlumat yayıb. Agentlik hələlik məlumatla bağlı heç bir rəsmi açıqlamaya sahib olmadığını yazıb.

Qeyd edək ki, “Məhsul 305” raketləri Mİ-28HM helikopterləri üçün nəzərdə tutulub. Bu raketlər vasitəsilə zirehli texnika və dəmir-beton sığınacaqları məhv etmək mümkündür. Raket 25 kilometrə qədər uçmaq imkanına sahibdir.

Mİ-28HM Rusiyanın Mİ-28H “Gecə ovçusu” helikopterinin modernizasiya edilmiş versiyasıdır. Bu vertolyot süni intellekt elementləri ilə təchiz edilmiş yeni idarəetmə sisteminə malikdir.

Xatırdalaq ki, Moskva martın 21-də bu vertolyotları da Suriyaya sınağa göndərib.(Axar.az)

pia.az