Çinlə ticarət razılaşmasına çox yaxınıq - Tramp

ABŞ-la Çin yeni ticarət razılaşmasına çox yaxındır
###reklam250###

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Foks Biznes Netvork” televiziyasına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən düşünürəm ki, çox insanlar Çinlə ticarət razılaşmasını gözləyir. Məncə, bu razılaşmanın təsiri insanların düşündüyündən daha böyük olacaq. Məncə, biz razılaşmaya çox yaxınlaşırıq”, – deyə o bildirib.

Tramp həmçinin Çinə qarşı ticarət rüsumlarının saxlanılmasının Çinlə ticarət danışıqlarına heç bir maneə yaratmayacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Tramp Çin mallarına qarşı ticarət rüsumlarını uzun müddət saxlayacağını söyləyib.

pia.az