İki “Toyoto” toqquşdu, toya gedənlər yarı yolda qaldı - Foto / Video

Bakı-Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb
###reklam250###

90-ND-795 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik avtomobili ilə 09--BB-222 dövlət nömrə nişanlı “Toyota Prado” toqquşub.

PİA.az Oxu.Az-a istinadən müxbiri hadisə yerindən xəbər verir ki, hadisə zamanı ölən olmasa da, “Toyota Prado”nun sərnişini, 1956-cı il təvəllüdlü kəlbəcər sakini Musayeva Məlahət yaralanıb.

Onların toya getdiyi bildirilir. “Land cruiser”ün sürücüsü də hadisə zamanı yüngül xəsarət alıb.

Qəzayla bağlı araşdırma aparılır.

pia.az