Moskvada KamAZ sərnişinlə dolu taksinin üstünə aşdı - Video

Moskvanın cənubunda qum daşıyan KamAZ markalı yük avtomobili sərnişinlə dolu taksinin üstünə aşıb
###reklam250###

“360” telekanalının yaydığı məlumata görə, nəticədə taksi sürücüsü və sərnişlər hadisə yerində həlak olublar.

Minik avtomobilinin üzərinə tökülən qum nəqliyyat vasitəsinin damının çökməsinə səbəb olub. Avtomobili çıxarmaq üçün hadisə yerinə qaldırıcı kran gətirilib.

Qəzanın səbəbləri məlum deyil.

pia.az