Dünya Bankı və BVF Novruzu qeyd edib – Foto

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilati dəstəyi ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun baş ofisində Novruz şənliyi keçirilib
###reklam250###

PİA.az Axar.az-a istinadən məlumat verir ki, tədbirdə hər iki qurumun çoxmillətli əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, həmçinin Dünya Bankında fəaliyyət göstərən Azərbaycanlılar Assosiasiyasının üzvləri iştirak ediblər.

Dünya Bankı Qrupunun icraçı direktoru Verner Qruber və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Pol İnderbinen təbrik nitqi söyləyib, baharın gəlişinin müjdəçisi olan Novruzun ABŞ-da qeyd edilməsini əlamətdar hadisə kimi səciyyələndiriblər.

Qonaqlar Novruz şənliyi çərçivəsində xalqımızın tarixi adət-ənənələri, o cümlədən Novruza məxsus özəlliklərlə yaxından tanış olublar. Onlara Azərbaycan milli mətbəxinin ən özəl nümunələri, həmçinin Novruzun əsas simvolları olan milli şirniyyatlarımız təqdim edilib.

pia.az