Rusiyadan Azərbaycana gələn turistlərin sayı artıb
2018-ci ildə Rusiyadan Azərbaycana olan turist səfərlərinin sayı 2 faiz artıb
PİA.AZ xəbər verir ki, bu barədə Trend-ə "TurStat" analitik agentliyindən bildiriblər. Məlumata əsasən, turist səfərlərinin sayı 748 minə yüksəlib.
Agentlik tərəfindən təqdim edilən Rusiya turistlərinin səfər etdiyi xarici ölkələrin reytinqində ölkəmiz 17-ci yerdə qərarlaşıb.
pia.az