Azərbaycan şəhəri erməni şəhəri ilə qardaşlaşıb? - Açıqlama

Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşması xəbəri təkzib edilib
###reklam250###

Bu barədə Xoy şəhər bələdiyyə sədrinin müavini Ələkbər Çitsaz deyib.

Şəhər yetkilisi qeyd edib ki, Xoyla Ermənistanın heç bir şəhəri, o cümlədən Çermuk arasında qardaşlıq müqaviləsi imzalanmayıb:

“Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Türkiyənin Van və Konya şəhərləri ilə qardaşlaşma müqaviləsi imzalamaq üzrəyik. Başqa heç bir xarici şəhərlə belə bir müqaviləmiz yoxdur”.

Qeyd edək ki, ötən günlərdə sosial şəbəkələrdə Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşdığı barədə xəbərlər yayılmışdı.(Teleqraf.com)

pia.az