Sionizmin bic övladı – İslama qarşı faşist ittifaq

Bir müddət Ağ Evdə baş müşavir vəzifəsini yerinə yetirən Bennon Tarrantın silah istifadə etməyən variantıdır

Ardan Zentürk“Star” qəzeti, Türkiyə, 18 mart 2019-cu il

İmperializm rifah dövründə taxdığı sevimli maskasını çıxarıb. Yenidən təcavüzkarlıq edilən yeni faşizm çağında kiminlə qarşılaşacağınızı zənn edirdiniz? Qarşılaşacağınız insanlar “Reina” gecə klubuna hücum etmiş özbək Əbdülqədir Maşaripov və Yeni Zelandiyada məscidə hücum edən avstraliyalı atıcı Brenton Tarrant kimi şəxslərdir ki, onlar eyni sistemin adamlarıdır. Qlobal faşizmin fərqli məktəblərində təhsil alsalar da, onların başçısı eynidir.

Radikal İslam iddiaları ilə müsəlmanlara qarşı savaş açan, irqçi qrupların təşlikatçılığı ilə məşğul olan tək başlı evangelist-sionist ittifaqıdır. Məsələn, Tramp Tarranta “terrorist” deyə bilməz. Çünki bunu etiraf etdiyi halda onu hakimiyyətə gətirən irqçi Stiv Bennonun onunla necə rəftar edəcəyini bilmir.

Çünki Trampın prezidentlik kampaniyasını idarə edən və bir müddət Ağ Evdə baş müşavir vəzifəsini yerinə yetirən Bennon Tarrantın silah istifadə etməyən variantıdır. Məsələn, Bennon 20 iyul 2018-ci ildə NBC telekanalına açıqlamasında Ərdoğanı “ən təhlükəli adam” elan etmişdi.

Ağ Evin bugünkü halı qlobal faşizmi tərif etməyə yetərlidir. Faşist Bennon Trampı “Oval Ofis”ə köçürdü. Onun köməkçisi radikal xristian evangelist Penc və eyni zamanda sağ qolu Ağ Evin baş müşaviri Cared Kuşnerdir. Qlobal faşizm bu ittifaqdan ibarətdir.

İslamın düşməni bəllidir...

İsraili tənqid edən hər kəsi siyasi olaraq irqçi, yəhudi düşməni elan edən bir zehniyyətlə qarşılaşmışıq. ABŞ-ın ilk hicablı millət vəkili İlham Ömər həqiqəti göstərərək bildirib ki, dünyada hər kəs İsrail lobbisinin ABŞ Konqresindəki senator və millət vəkilləri tərəfindən pulla satın alındığını bilir. Bu açıqlamasına görə İlham Ömər dərhal yəhudi düşməni elan edildi və Konqres üzvlüyündən çıxarılması üçün kampaniya başladıldı. Halbuki respublikaçı konressmen Dunkan D.Hanter son seçimlərdə demokrat rəqibinin atasının fələstinli olmasına görə İslam əleyhinə kampaniya təşkil etdi və heç kəsin səsi çıxmadı. Çıxa da bilməzdi.

Bununla yanaşı, heç kim Binyamin Netanyahunun niyə Avropa ilə həddindən artıq sıx münasibətlər qurmağını sorğulaya bilməz. Qüds İbrani Universitetinin tarixçisi Moşe Zimmermanın “Avropanın həddindən artıq sağçı liderləri müsəlman fələstinlilərinə etdiklərinə görə Netanyahunu çox sevirlər”, deyə qiymətləndirməsi də bu həqiqəti göstərir. Behin Strateji Araşdırmalar Mərkəzinin direktoru Efraim İnbar 2 Avqust 2016-ci il tarixli məqaləsində “Sabitlik təkbaşına məna verən bir anlayış deyil, yalnız öz maraqlarımıza xidmət edəndə seçim edilə bilər. İŞİD-in dağılması strateji xətadır”, deyə qeyd edib.

Ərdoğanı “Yəhudi düşməni” elan edəcəklər...

Ərdoğanın xoşniyyətli səylərini hörmətlə izləyirəm, amma müvəffəqiyyət şansı yoxdur. Antisemitizm (Yəhudi əleyhdarlığı, Yəhudi düşmənçiliyi) məsələsində həssas olanlar İslamofobiyanı (İslam qorxusu) heç vaxt onunla eyni səviyyəyə gətirməyəcəklər. Səbəbini qeyd etdim. Lakin Ərdoğanı dünyanın bir nömrəli “Yəhudi düşməni” elan etməyi hazırlaşdıqları açıq şəkildə görünən bir həqiqətdir.

“Mülayim Səddam” yaratmaq zaman alacaq. Hesab edirəm ki, Ərdoğanı “Yəhudi düşməni” elan etməklə, Türkiyəni xarici müdaxiləyə açıq nöqtəyə daşımağa çalışırlar. Sionist lobbinin tətikçisi Maykl Rubinin “Washington Examiner”də nəşr olunan 15 Mart tarixli yazısının başlığı onsuz da hər şeyi izah edir: Yəhudilər Türkiyədə güvəndə deyillər və oranı dərhal tərk etməlidirlər.

Bu, həqiqəti əks etdirməyən yalan yazı olsa da, hədəfi göstərir.

Bü üzdən bütün kilsələrdə və sinaqoqlarda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilsin. Millət heçnə etməz, amma bu pisliklər kampanyalarına öncəliklə öz adamlarını öldürməklə başlayarlar. Buna görə də diqqətli olmalıyıq!

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİFpia.az