Senator Kirsten Cillibrand ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Nyu-York ştatından senator Kirsten Cillibrand 2020-ci il prezident seçkilərində seçkiqabağı kampaniyaya başladığını elan edib. Cillibrand Demokratlar Partiyasının 2020-ci ildə keçiriləcək qurultayında namizədliyini irəli sürmək üçün kifayət qədər tərəfdar toplayacağına ümid edir
###reklam250###

Demokratlar Partiyasının bir sıra məşhur və təcrübəli siyasətçiləri, o cümlədən senatorlar Elizabet Uorren, Emi Klobuşar, Kamala Harris, Kori Buker və Beto O'Rurk Kirsten Cillibrandın rəqibləri olacaqlar.

Senator Cillibrand bu qərarını bazar günü sosial şəbəkələrdə videomüraciət vasitəsilə rəsmən elan edib. O deyib ki, ölkəyə "böyük və cəsarətli qərarlar qəbul edən lider" lazımdır. Tibbi xidmətin hamı üçün əlyetərli olmasına nail olacağını, odlu silahdan istifadə edilməklə zorakılığa son qoyacağını vəd edən Cillibrand gələn həftə Nyu-Yorkdakı "Trump International Hotel" qarşısında rəsmi nitq söyləməyə hazırlaşır.

2009-cu ildə Barak Obama administrasiyasında ABŞ-ın dövlət katibi təyin edilmiş Hillari Klintonun əvəzinə senator təyin edilən Kirsten Cillibrand sonrakı müddətdə üç dəfə təkrar həmin vəzifəyə seçilib.(azərtac)

pia.az