“Qarabağ”ın qapıçısı Fransa ilə oyun üçün milliyə çağırıldı

"Qarabağ"ın qapıçısı Hannes Tor Halldorsson İslandiya millisinə dəvət olunub
###reklam250###

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 34 yaşlı qapıçının adı AÇ-2020 seçmə mərhələsinin ilk iki oyununun heyətində yer alıb.

İslandiya yığması martın 22-də səfərdə Andorra, martın 25-də isə səfərdə Fransayla qarşılaşacaq.

pia.az