Xalid Əl Falih: “OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək”

OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək
###reklam250###

Bunu Bakıda keçirilən OPEK+ iclasının yekunları üzrə mətbuat konfransında Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əbdüləziz Əl Falih deyib.

Nazir bildirib: "Bizim əməkdaşlıq könüllü xarakter daşıyır. Hər bir iştirakçı milli maraqlarını nəzərə alaraq neft hasilatı barədə qərar qəbul edir. Biz bir-birimizin hasilatının ölçmürük".

Nazir qeyd edib ki, bu razılaşmada əsas prinsip etibardır. Əl Falih gözləyir ki, martda OPEK+ razılaşmasının icrası 100 faizi keçəcək: "Altı ayın yekunlarına dair sazişin yerinə yetirilməsi 100 faizdən çox olmalıdır".(Trend)

pia.az