Yaponiyalı idmançı Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda sonuncu yarış günü keçirilir
###reklam250###

Bu gün kişilər arasında dəstəli at üzərində hərəkətlərin yekunu üzrə qaliblər müəyyən olunub.

Yaponiyalı idmançı Kohey Kameyama final mərhələsində 15.233 xal toplamaqla birinci yeri tutub. Fransa gimnastı Kiril Tommason 14.833 xalla ikinci, çinli Haio Venq isə üçüncü (14.033) olub.

Yeri gəlmişkən, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanmışdı.

Trend xatırladır ki, ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

pia.az