Aİ Türkiyədəki Suriya qaçqınlarına qrant ayıracaq  

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib ki, Aİ Türkiyədəki Suriya qaçqınlarına 1,5 milyard avro qrant ayıracaq  
###reklam250###

Anadolu agentliyi xəbər verir ki, Moqerini deyib: “Bildirmək istəyirəm ki, biz Türkiyədəki Suriya qaçqınlarına ayrılması nəzərdə tutulan 3 milyard avro qrantın 1,5 milyardını transfer edəcəyik”.

Aİ və BMT-nin himayəsi ilə Suriya böhranına həsr olunmuş konfransda çıxış edən Aİ-nin ali komissarı vurğulayıb ki, bu ölkədəki böhranı hərbi deyil, siyasi yolla həll etmək mümkündür. O, Türkiyənin ən çox – 3,5 milyon suriyalı qaçqına sığınacaq verdiyini də diqqətə çatdırıb.

Konfransda qeyd olunub ki, Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ilin əvvəlindən bəri yüz minlərlə insan öldürülüb və 10 milyondan çox suriyalı öz torpaqlarını tərk etməyə məcbur olub.(virtualaz.org)

pia.az