Yaşamaq üçün ən əlverişli şəhərlər – Bakı reytinqdə 195-cidir

Dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərinin reytinqində birinci pillədə bir daha Vyana qərarlaşıb
###reklam250###

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu “Mercer” Beynəlxalq Konsaltinq Şirkətinin hər il tərtib etdiyi növbəti reytinq göstərir.

Cəmi 231 şəhərin adı çəkildiyi reytinqdə ikinci yeri Sürix, üçüncü yeri Vankuver tutub. Sonrakı yerlərdə ardıcıllıqla Münhen, Okland, Düseldorf, Frankfurt, Kopenhagen, Cenevrə, Bazel qərarlaşıb.

Bakı reytinqdə 195-ci yerdədir.

Ən əlverişsiz şəhərlər isə Bağdad, Mərkəzi Afrika Respublikasının paytaxtı Banqui və Yəmənin paytaxtı Sanadır.

Qeyd edək ki, reytinq tərtib edilərkən yaşayış, iqtisadi, siyasi, sosial şərait, nəqliyyat, iaşə, məişət ləvazimatı, əyləncə keyfiyyəti, təhsil və səhiyyə səviyyəsi, habelə iqlim əsas götürülüb.

pia.az