ATƏT sədri Qarabağ üzrə danışıqların formatının dəyişdirilməsindən danışdı

Qarabağ tənzimlənməsi üzrə danışıqların formatında istənilən dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya XİN başçısı Miroslav Layçak deyib.

“Ənənələrə uyğun həyata keçirilən və konkret nəticələrə gətirib çıxara biləcək proses var. Əlbəttə, Ermənistan hökuməti format məsələsini həll etməlidir. Lakin danışıqların formatındakı istənilən dəyişiklik tərəflərin hamısı üçün məqbul olmalıdır”, - Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla dünən Yerevanda keçirdiyi birgə brifinqdə M.Layçak bildirib.

“Bu məsələlərin müzakirəsinə kifayət qədər vaxt ayırdıq. Əminəm ki, Ermənistan hökumətində müvafiq formatda, yaxud mövcud formatda danışıqların davam etdirilməsi üçün düzgün düstur var”, - ATƏT-in fəaliyyətdə olan sədri sözlərinə əlavə edib.

pia.az