Pakistanda 20 nəfər edam edilib

Pakistan məhkəməsi cinayətkar qruplaşmanın 20 üzvü haqqında ölüm hökmü çıxarıb
###reklam250###

“Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Həmin şəxslər Pəncab əyalətində bir neçə təhlükəsizlik xidməti əməkdaşının qətlində və insan oğurluğunda günahkar biliniblər.

Bildirilir ki, Çotu dəstəsi 2016-cı ilə - polisin hərbi vertolyotların dəstəyi ilə Racanpur şəhərində reyd keçirməsi və onlarla şübhəlini saxlamasına qədər aktiv olub.

Qeyd edək ki, Pakistanda 2014-cü ildən ölüm cəzasına moratorium tam aradan qaldırılıb. Bu, taliblərin Pişəvərdə məktəbə hücumundan sonra edilmişdi. Həmin vaxt terror aktı nəticəsində 134 uşaq daxil olmaqla 150 nəfər ölmüşdü.

pia.az