Səudiyyə zəvvarlar üçün elektron viza tətbiq edəcək  

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə zəvvarlara elektron vizalar verməyə başlayacaq
###reklam250###

Bu barədə MBC kanalına layihənin əlaqələndiricisi Əbdül Rəhman Şəms məlumat verib. Onun sözlərinə görə, viza üçün ərizə elektron qaydada veriləcək və məsələnin həlli cəmi bir neçə dəqiqə vaxt aparacaq.

O bildirib ki, hazırda Həcc və ya Ümrə ziyarətinə gələn zəvvarlar vətənlərindəki vasitəçi şirkətlərə üz tutmağa məcburdurlar. Lakin bundan sonra kvota çərçivəsində elektron viza almaq imkanı olacaq. (teleqraf.com)

pia.az